bazar ertəsi 12 may 2025 - 21:21
Polşalı turistlərin Həzrət Məsumənin (s.ə)  hərəminin ziyarətində.

Hövzə/ Polşadan olan 40 turist Həzrət Məsumənin (s.ə) mübarək hərəminə səfər edərək onun şəxsiyyəti, mövqeyi və İranın qədim İslam mədəniyyəti ilə tanış oldular.

Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, Həzrət Məsumənin (s.ə) müqəddəs Hərəminin Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Polşadan olan 40 nəfərlik turist qrupu üçün “Hərəmşünaslıq kursu” keçirilib.

Polşalı qonaqlar, Həzrət Məsumənin (s.ə) mübarək hərəmindəki memarlığı ziyarət etməklə yanaşı, Əhli-Beyt (ə) ailəsindən olan və evlənməmiş  xanımın şəxsiyyəti və məqamı ilə tanış oldular. Həmçinin onun müqəddəs Qum şəhərində elm və mədəniyyətin inkişafına təkan verən təsiri haqqında məlumat əldə etdilər.

Bu hərəmşünaslıq turlarının əsas məqsədi xarici turistləri Həzrət Məsumənin (s.ə) hərəminin müxtəlif bölmələri, həqiqi İslam və İran memarlığı, mədəniyyəti və dəyərləri ilə yaxından tanış etməkdir.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha